Tarix üzrə fəlsəfə doktoru, dosent Xanalıyev Vahid Məmmədyar oğlu vəfat edib.
News24.az xəbər verir ki, bu haqda ADPU-nun Şamaxı filialının sosial şəbəkə hesabında paylaşım olunub.
Qeyd edək ki, V.Xanalıyev 1978-1980-ci illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunun direktoru, 1991-2000-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında direktor müavini, 2000-ci ildən 2013-cü ilədək isə 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri kimi vəzifələrdə çalışıb.