Region Liqasının qalmaqallı “Salyan” OİK – “Qobustan” oyununda baş verənlərə hüquqi qiymət verilib.
Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
“Qobustan”ın futbolçusu Tural Nəhmətli hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalanıb.
Matç bitdikdən sonra komandanın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyun cəza alıb.
Görüşdən sonra qonaqların futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 matçlıq diskvalifikasiya edilib.