“Səbail”in U-17 komandasının baş məşqçisi Ceyhun Cavadov cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
O, U-17 Liqasının “Sumqayıt” – “Səbail” matçındakı hərəkətinə görə cəza alıb.
Cavadov qarşılaşmanın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA çalışdırıcını 5 oyunluq diskvalifikasya edib.