AZ

Avstriya məktəblərdə mobil telefonlara qadağa qoydu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbiq edir.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkənin yeni təhsil naziri Kristof Viderker bildirib.
"Qadağa dərs zamanı və dərs aralarında 8-ci sinif daxil olmaqla şagirdlər üçün tətbiq olunacaq", - o vurğulayıb.
Viderker qeyd edib ki, qərar ibtidai, orta, xüsusi məktəblər və gimnaziyalara şamil ediləcək.
Bununla belə, o əlavə edib ki, təhsil müəssisələri mobil telefonun tədris məqsədləri üçün istifadəsinin zəruri olduğu hallarda müəyyən istisnalar edə bilərlər.
Seçilən
33
14
oxu.az

10Mənbələr