AZ

Bu təhlükəli vərdiş telefonun bateriyasını tez öldürür

Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etməyin!   Manset.az xəbər verir ki, smartfonu işləyən noutbukun yanına qoymaq düzgün deyil. Bu iki cihaz arasında ən azı 1 metr məsafə olmalıdır. Niyə smartfonu noutbukun yanına qoymaq olmaz? Smartfon həm siqnal qəbul edən, həm də ötürən bir cihazdır. Noutbuk isə daxili Wi-Fi adapteri və Bluetooth modulu olan bir cihazdır. Əgər mobil telefon işləyən noutbukun yanına qoyularsa, o zaman elektrik siqnallarında dalğalanma (interferensiya) baş verə bilər. Bunun nəticələri Telefonun batareyasının tez boşalması - siqnalların qarşılıqlı təsiri smartfonun enerji sərfiyyatını artırır. Telefonun batareyasının erkən sıradan çıxması - davamlı yüksək enerji sərfiyyatı batareyanın ömrünü azaldır. Siqnal kəsilmələri və əlaqə problemləri - interferensiya səbəbindən Wi-Fi və Bluetooth bağlantılarında problemlər yarana bilər. Smartfonu hara qoymaq lazımdır? Smartfonu noutbukdan ən azı 1 metr uzaqda saxlayın. Ən yaxşısı - onu 2-3 metr məsafədə saxlamaqdır. Bu qayda masaüstü (stasionar) kompüterlərə də aiddir.

Nəticə: Telefonun batareyasının ömrünü uzatmaq və siqnal problemlərindən qaçmaq üçün onu noutbuk və kompüterlərin yanına qoymamaq tövsiyə edilir.

Seçilən
0
7
manset.az

9Mənbələr