AZ

Əkrəm İmamoğlunun dindirilmə prosesi başlanıb

Korrupsiya, rüşvət və tenderlərdə saxtakarlıqda ittiham olunan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, dünən saxlanılan 87 nəfərin dindirilməsi prosesi başlayıb.

AzPost bildirir ki, bu barədə “Sözçü” nəşri məlumat yayıb.

Dindirilənlər arasında əməliyyat çərçivəsində saxlanılan İmamoğlunun müşaviri Murat Ongun, Beylikdüzü bələdiyyə başqanı Murat Çalık, Şişli bələdiyyə başqanı Rəsul Emrah Şahan və müğənni Ercan Saatçı da var.

“Sözcü”nün məlumatına görə, Əkrəm İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər. Nəşr qeyd edir ki, şənbə günü axşam və ya bazar günü gecə İmamoğlu və iş üzrə digər təqsirləndirilən şəxslər korrupsiya və terrora dəstək faktları ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə qarşısına çıxacaqlar.

İstanbul meri həbs olunarsa, bələdiyyənin idarəsi  İstanbul valisi Davud Gülün başçılıq etdiyi idarəyə veriləcək.

 

Seçilən
14
50
azpost.info

10Mənbələr