AZ

Bakıda 19 yaşlı qızı şəkilləri ilə şantaj edən TUTULDU

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Milli.Az

Seçilən
31
39
milli.az

10Mənbələr