AZ

Əvvəl 100, sonra 300 manat tələb etdi

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Seçilən
9
34
aznews.az

10Mənbələr