AZ

İdeal yuxu vaxtı neçə SAAT OLMALIDIR?

Yuxu sağlamlığımız üçün çox vacib olmasına baxmayaraq hələ də bir sıra sirlərini qoruyur.

Çoxumuz həyatımızın təxminən üçdə birini yatmaqla keçiririk.

Bəs mütəxəssislər yuxuya nə qədər vaxt sərf etməli olduğumuz barədə nə düşünür?

Bizim.Media xəbər verir ki, Stanford Universitetinin yuxu mütəxəssisi, doktor Rafael Pelayo bu mövzuya aydınlıq gətirib.

“Yatan zaman heyrətamiz bir şey olur. Yuxu özümüzə qayğı göstərməyin ən təbii formasıdır. İnsanlar altı saatdan az və ya orta hesabla doqquz saatdan çox yatırsa, sağlamlıq problemləri riski artır, lakin hər kəsin orqanizmi fərqlidir. Ehtiyacımız olan yuxu miqdarı həyatımız boyu dəyişir. Yenidoğulmuşların yuxuya daha çox ehtiyacı var”.

ABŞ Milli Yuxu Fondu isə 26-64 yaş arası böyüklərin əksəriyyətinə yeddi-doqquz saat yatmağı tövsiyə edir.

Pelayonun sözlərinə görə, yaşlı insanların bir az daha az, 16-25 yaş arası gənclərin isə bir az daha çox yuxuya ehtiyacı ola bilər.

“İnsan təxminən hər 90 dəqiqədən bir yuxu mərhələlərini keçir. Gecənin ilk yarısı yavaş-yavaş yuxu və ya dərin yuxuya keçir ki, bu da orqanizmin özünü bərpa etməsi üçün zəruridir. Bu zaman böyümə hormonu da ifraz olunur. Yetkinlik dövründə başqa maraqlı bir şey baş verir: yuxu rejimlərində cins fərqləri ortaya çıxmağa başlayır. Orta hesabla qadınlar kişilərdən daha çox yatır”,- deyə mütəxəssis qeyd edib.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr