AZ

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası baş verib. 

Sportal.az xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, 2024-cü ilin noyabrında "Alanyaspor"a baş məşqçisi təyin edilmişdi. 

Qeyd edək ki, "Alanyaspor" Türkiyə çempionatında 31 xalla turnir cədvəlində 14-cü pillədədir. 

saytlarin hazirlanmasi

Seçilən
11
2
sportal.az

6Mənbələr