Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası baş verib.
Bizim.Media xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.
46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2024-cü ilin noyabrında "Alanyaspor"a baş məşqçisi təyin edilmişdi.
Qeyd edək ki, "Alanyaspor" Türkiyə çempionatında 31 xalla turnir cədvəlində 14-cü pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta