Vaxtilə milli komandamızın aparıcı üzvlərindən biri olan, bir çox iddialı klublarımızın formasını geyinən Mahir Şükürov futbol üzrə milli komandamızı tənqid edib.
O, Bizim.Media-ya açıqlamasında futbolçuların səviyyəsinin getdikcə aşağı düşdüyünü və bununla da nəticələrin zəiflədiyini qeyd edib:
“Bizim dövrümüzdə millidə çox yaxşı futbolçular çıxış edirdi. Misal üçün Berti Foqtsu çox tənqid edirdilər. Ancaq o, komandanı müəyyən səviyyəyə gətirib çıxarmışdı. Biz ən azından orta səviyyələri komandaları məğlub edə bilirdik. Millidə müəyyən dəst-xətt var idi. İndi isə millidə heç nə yoxdur. Sanki hamı özü üçün oynayır. Düzdür, nəsil dəyişikliyi nəticəsində bir sıra futbolçular karyeralarını bitirib.
Ancaq cavan nəsildən belə gözəl kollektiv yaratmaq olar.
Milli komandanın çıxışına birbaşa AFFA məsuliyyət daşıyır. Onların isə konkret inkişaf proqramları yoxdur. Düzdür, bu yaxınlarda strategiya qəbul etdilər. Ancaq burada hədəflər nisbi göstərilib.
Məsələn biz ABŞ yığması ilə qarşılaşanda onların baş məşqçisi Yurgen Klinsman idi. O, bu vəzifəyə konkret proqramla gətirilmişdi. Yəni inkişaf planı konkret məqsədli və dəqiq tarixinə qədər qəbul edilmişdi. Bizdə isə sistemli iş görülmür deyə millimiz getdikcə daha da zəifləyir. Gör nə günə qalmışıq ki, Haiti kimi komandalarla oynayırıq. Belə getsə, bir azdan onlar da bizimlə oynamaq istəməyəcəklər”.
Qeyd edək ki, yığmamızın heyətinə 74 oyun keçirən Mahir Şükürov rəqib qapılarından 4 qol keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta