Antalyada təlim-məşq toplanışında olan Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.
"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.
Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.