AZ

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Ayxan Abbasov “Antalyaspor” klubunun düşərgəsində olub.

Arena.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan yığmamızın çalışdırıcısı Türkiyə Super Liqasında çıxış edən bu komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Seçilən
74
18
arena.az

10Mənbələr