AZ

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına yüksələn ilk komanda bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiya millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına ilk vəsiqə qazanan komanda olub.
Oxu.Az xəbər verir ki, yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreyn millisi ilə qarşılaşıblar. Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.
Yaponiya yer aldığı C qrupunda yeddi oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. "Gündoğar ölkə" təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcəklər.
Seçilən
33
5
oxu.az

10Mənbələr