Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib..
Apasport.az xəbər verir ki, 12 cütdə ilk oyunlar keçirilir.
Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gələcək.
“Dördlər finalı”na vəsiqə qazanmağa çalışan yığmalar həm də DÇ-2026-nın seçmə mərhələsindəki yerlərini müəyyənləşdirəcəklər. Azərbaycan millisinin qrupuna düşəcək komanda Fransa ilə Xorvatiya arasında matçlarda bəlli olacaq.
A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçirilib. Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.
Görüşə yaxşı başlayan ev sahibləri 9-cu dəqiqədə açıblar. Türkiyənin heyətində Orkun Kökçü fərqlənib. Oyun ərzində üstünlüyü əldən verməyən türklər matçı 3:1 hesabı ilə qalib başa vurublar.
Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar
23:45. Niderland – İspaniya 0:0
23:45. Xorvatiya – Fransa 0:0
23:45. Danimarka – Portuqaliya 0:0
23:45. İtaliya – Almaniya 0:0
A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan 3:1
23:45. Ukrayna – Belçika 0:0
23:45. Avstriya – Serbiya 0:0
23:45. Yunanıstan – Şotlandiya 0:0
B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan – Gürcüstan 0:3
23:45. Kosovo – İslandiya 0:0
23:45. Bolqarıstan – İrlandiya 0:0
23:45. Slovakiya – Sloveniya 0:0
Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.
Joze Mourinyo: "Ümid edirəm ki, ağlımdan keçənləri demərəm”
Konfrans Liqasının 1/4 final cütlükləri
Avropa Liqasının 1/4 final cütlükləri
"Fənərbaxça" Avropa ilə vidalaşdı - YENİLƏNİB
Avropa Liqası: “Reyncers” və “Atletik” növbəti mərhələdə - YENİLƏNİB