AZ

Millətlər Liqası: A Liqasında 1/4 final start götürür

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start veriləcək.

İdman.biz xəbər verir ki, 12 cütdə ilk oyunlar keçiriləcək.

Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gələcək. “Dördlər finalı”na vəsiqə qazanmağa çalışan yığmalar həm də DÇ-2026-nın seçmə mərhələsindəki yerlərini müəyyənləşdirəcəklər. Azərbaycan millisinin qrupuna düşəcək komanda Fransa ilə Xorvatiya arasında matçlarda bəlli olacaq.

A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçiriləcək. Türkiyə yığması Macarıstanla üz-üzə gələcək. B Liqasının üçüncüləri də yerlərini qorumaq üçün C Liqasının ikinciləri ilə duelə başlayacaq.

Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya
23:45. Xorvatiya – Fransa
23:45. Danimarka – Portuqaliya
23:45. İtaliya – Almaniya

A Liqasına vəsiqə uğrunda pley-off
23:45. Ukrayna – Belçika
23:45. Avstriya – Serbiya
23:45. Yunanıstan – Şotlandiya

B Liqasına vəsiqə uğrunda pley-off
23:45. Kosovo – İslandiya
23:45. Bolqarıstan – İrlandiya
23:45. Slovakiya – Sloveniya

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.

İdman.biz

Seçilən
13
9
idman.biz

10Mənbələr