Braziliya milli komandası dünya çempionatının seçmə mərhələsində çətin qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, "pentakampeonlar" doğma divarlar arasında Kolumbiyanı 2:1 hesabı ilə məğlub ediblər. Qələbə topunu matçın son saniyələrində, 90+9-cu dəqiqədə "Real"ın ulduzu Vinisius Junior vurub.
Xalını 21-ə çatdıran brazliyalılar turnir cədvəlində 2-ci pilləyə yüksəliblər. Komanda növbəti görüşünü martın 25-dən 26-na keçən gecə saat 2-də səfərdə Argentinaya qarşı oynayacaq.
Braziliya - Kolumbiya 2:1
Rafinya, 6 (pen.); Vinisius Junior, 90+9 - Dias, 41