AZ

Vinisiusun qolu “sambaçılar”a qələbə qazandırdı

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. Paraqvay Çilini, Peru isə Boliviyanı məğlub edib.

Turun mərkəzi görüşündə Braziliya ilə Kolumbiya üz-üzə gəlib. Görüş “sambaçılar”ın qələbəsiylə başa çatıb – 2:1.

DÇ-2026, Cənubi Amerika zonası
XIII tur

21 mart

Paraqvay – Çili 1:0
Qol: O.Alderete, 60

Braziliya – Kolumbiya 2:1
Qollar: Rafinya, 6, Vinisius Junior, 90+9 – L.Dias, 41

Peru – Boliviya 3:1
Qollar: A.Polo, 37, P.Qerrero, 45, E.Flores, 82 – Migelito, 58 (pen.)

Seçilən
3
19
futbolpress.az

10Mənbələr