AZ

BQXK-nın Qəzzadakı ofisinə mərmi düşdü

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb.

 

Bu barədə qurumun yaydığı press-relizdə məlumat verilib.

 

"Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir", - məlumatda vurğulanıb.

Seçilən
14
11
senzor.az

10Mənbələr