Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb.
Bizim.Media “Report”a istinadla xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub.
“Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir”, – məlumatda bildirilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta