Bali hakimiyyəti turistlər üçün yeni qaydaları ehtiva edən sirkulyar dərc edib.
APA xəbər verir ki, bu barədə “Antara” məlumat yayıb.
Sənəd əcnəbilərdən İndoneziya mədəniyyətinə və adət-ənənələrinə hörmət göstərmələrini, dini yerləri və ictimai yerləri ziyarət edərkən geyimə fikir verməyi tələb edir.
Turistlər artıq lisenziyalı bələdçilərin xidmətlərindən və valyuta əməliyyatları aparmaq üçün rəsmi valyutadəyişmə məntəqələrindən istifadə etməli olacaqlar. Bundan əlavə, turistlərdən ödənişlər edərkən yalnız yerli valyutadan istifadə etmələri tələb olunacaq.
Turistlər əyalətdə qaldıqları müddətdə 150 min İndoneziya rupisi (təxminən 10 dollar) məbləğində rüsum ödəməli olacaqlar.