Demokrat.az xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Məlumata görə, sənəd əcnəbi turistlərdən ölkənin mədəniyyətinə və adət-ənənələrinə hörmət nümayiş etdirməyi, xüsusən də dini obyektlərə, attraksionlara və ictimai yerlərə səfər edərkən uyğun geyimdə olmağı tələb edir.
Sənəddə, həmçinin qeyd olunur ki, turistlər lisenziyalı bələdçilərdən istifadə etməli, valyuta əməliyyatları üçün rəsmi valyutadəyişmə məntəqələrindən yararlanmalı, ödənişləri yalnız yerli valyuta ilə etməlidirlər.
Bali hökuməti xarici turistləri yerli yol hərəkəti qaydalarına əməl etməyə, yol nişanlarına diqqətlə yanaşmağa, motosiklet sürərkən dəbilqə taxmağa, nəqliyyat vasitələrinin müəyyən edilmiş sərnişin tutumunu aşmamağa və sərxoş halda avtomobil idarə etməməyə çağırıb.
Bununla yanaşı, xarici turistlərdən əyalətdə qaldıqları müddətdə 150 000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum ödəmələri tələb edilir.
10Mənbələr
-
azpost.infoBaliyə getmək istəyənlərin NƏZƏRİNƏ: yeni qaydalar var ( 16189099)
-
unikal.az"Ermənistan konstitusiyasında dəyişiklik etməlidir" - Elçin Əmirbəyov ( 16188015)
-
ikisahil.azBuraya getmək istəyənlər yeni qaydalarla üzləşəcək ( 16185873)
-
moderator.azBaliyə getmək istəyənlərin NƏZƏRİNƏ: yeni qaydalar var ( 16185203)
-
milli.azBaliyə getmək istəyənlərin NƏZƏRİNƏ: yeni qaydalar var ( 16185147)
-
fed.azBalidə turistlər üçün yeni qaydalar tətbiq olunacaq ( 16184711)
-
demokrat.azBalidə xarici turistlər üçün yeni qaydalar ( 16184405)
-
hakimiyyet.azBalidə xarici turistlər üçün yeni qaydalar tətbiq edilib ( 16183989)
-
oxu.azBalidə xarici turistlər üçün yeni qaydalar tətbiq edilib ( 16183953)
-
apa.azBalidə turistlər üçün yeni qaydalar tətbiq olunacaq ( 16183905)