AZ

Trampdan növbəti Qrelandiya açıqlaması:  Bu belə davam edə bilməz 

“Məncə, Qrenlandiya bizim olacaq. Bu vacibdir. Bu, beynəlxalq təhlükəsizlik baxımından vacibdir”.

Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donlad Tramp deyib.

ABŞ vitse-prezidentinin xanımı Uşa Vensin başçılıq etdiyi Amerika nümayəndə heyətinin Qrenlandiyaya planlaşdırılan səfərini şərh edən Tramp deyib: “O, çox gözəl xanımdır və Qrenlandiya konsepsiyasını bəyənir, ona görə də ora gedir. Mən inanıram ki, ABŞ dövlət katibi Marko Rubio və başqaları  da ora gedəcəklər. Bizi dəvət etdilər və  qrenlandiyalılar bu ideyanı çox bəyənıblər. Çünki onlar bir növ tərk edildilər. Bilirsiniz, onlarla  yaxşı rəftar etmədilər, baxmadılar".

Rusiya və Çinin Qrelnadiyaya olan  marağından danışan Tramp deyib ki, Qrenlandiya ətrafındakı gəmilərə baxsanız, Rusiya  və Çin orda var. “Bu belə davam edə bilməz. Mən bəyanat verəcəyəm. Bu baş verməyəcək",-Tramp  bildirib.

Mürtəza

Seçilən
188
28
olke.az

10Mənbələr