Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 1news.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, qəza səbəbilə həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.