Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, qəza səbəbindən həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxıq yaranıb. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.