AZ

"Azərbaycana diplomatik kanallarla təklif göndərmişik" - Paşinyan

"Ermənistan Qarabağ hərəkatını davam etdirmir və başqa istiqamət seçir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

O, bu mövqeyi Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün tanınması, eləcə də davam edən sərhədlərin demarkasiyası prosesi ilə əsaslandırıb.

Baş nazirin sözlərinə görə, hər iki ölkə artıq sərhədin demarkasiyası qaydalarını ratifikasiya edib və Almatı bəyannaməsi əsas prinsip kimi tanınıb. Paşinyanın fikrincə, Ermənistanın siyasi kursu dəyişib və indi dövlət başqa istiqamətə gedir.

Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycana qarşılıqlı anlaşmaya nail olmaq üçün təkcə ictimai formatda deyil, həm də diplomatik kanallar vasitəsilə məsləhətləşmələrə başlamağı təklif edib.

Ağarza Elçinoğlu 

Seçilən
160
24
unikal.az

10Mənbələr