“İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu araşdırır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Paşinyan Ermənistan- Azərbaycan sərhəddində atəşkəs rejiminin pozulmasına münasibət bildirib.
O qeyd edib ki, heç bir tərəf vəziyyəti gərginləşdirmək niyyətində deyil:
“Bu yanaşma düzgün və sülh gündəminin məntiqinə uyğundur. Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddiliklə araşdırma aparırıq”.