Avropa çempionatının əsas mərhələsində Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün ikinci oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, komandamız Xorvatiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xorvatiya – Azərbaycan
27 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 20:00
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)