Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının əsas mərhələsində 2-ci oyununu keçirəcək.
QOL.az xəbər verir ki, komanda Xorvatiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, millimiz ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.
20:00. Xorvatiya - Azərbaycan
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Omiş. Ribnjak İdman Sarayı.