AZ

Nigeriyada hərbi bazaya silahlı hücum: Çox sayda ölən və yaralanan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Vadjiroko bölgəsində yerləşən hərbi bazaya və hərbi forposta silahlıların hücumu olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat verib.
Məlumata görə, hadisə nəticəsində azı 16 nəfər ölüb.
Təhlükəsizlik qüvvələrindəki mənbələrin bildirdiyinə görə, əsasən Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən İŞİD və "Boko Haram" terror təşkilatlarının üzvləri dinc əhaliyə hücum edərək qətllər törədib, onminlərlə insanı öz evlərini tərk etməyə məcbur ediblər.
Mənbələr əlavə ediblər ki, silahlıların əvvəlcə dronlardan istifadə edərək hücuma keçdiyi, daha sonra quru hücumuna başladığı güman edilir.
"Onlar mühüm silah ehtiyatını talan ediblər", - deyə qeyd edilib.
Kamerun Müdafiə Nazirliyi ölənlərdən 12-nin və yaralananların 10-nun Kamerun ordusunun hərbçisi olduğunu, yaralıların Çadın paytaxtı Ndjamenduya aparıldığını bildirib.
"Hücum zamanı terrorçular bir neçə yüngül taktiki nəqliyyat vasitələrində müasir silahlardan istifadə ediblər ki, bu da onların iri transmilli cinayətkar qruplarla açıq-aşkar əlaqəsini göstərir", - deyə Müdafiə Nazirliyi əlavə edib.
Seçilən
65
50
oxu.az

10Mənbələr