AZ

Tayvan və Çin arasındakı gərginlik artır

BAKI,TurkicWorld

Tayvan və Çin arasındakı gərginlik artır, Tayvan sakinləri evakuasiya əməliyyatına hazırlaşır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Pekin administrasiyası, Tayvanla əlaqədar zərurət yaranarsa, adanı materiklə birləşdirmək üçün güc tətbiq edə biləcəyini vurğulayır.

Yaponiya isə mümkün bir hücum halında Tayvan yaxınlığındakı Okinava prefekturasından təxminən 120 min insanın təxliyə edilməsi üçün planlar üzərində işləyir.

Kyodo News-ə əsasən, Yaponiya hökuməti 2026-cı ilin maliyyə ilindən başlayaraq, səhra təlimləri ilə evakuasiya hazırlıqlarını gücləndirəcək. Hökumət, bu planın konkret bir ssenariyə yönəlmədiyini, lakin Tayvana yaxın olan adalarda təxliyə əməliyyatının həyata keçiriləcəyini bildirib.

Təxliyə zamanı, xüsusi bərə və təyyarələr vasitəsilə, 6 gün ərzində 120 min nəfər Kyuşu adasına köçürüləcək.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi olaraq qəbul edir və 1949-cu ildən bəri de-fakto müstəqillik qazanan Tayvanla bağlı suverenlik mübahisələri davam edir. Pekin, Tayvanı materiklə birləşdirmək üçün hərbi təzyiqləri artıraraq, lazımi hallarda güc tətbiq edəcəyini açıq şəkildə bəyan edib.

Seçilən
29
19
turkic.world

10Mənbələr