ABŞ Tayvana sifariş edilən 66 ədəd F-16 qırıcısından birincisini rəsmi şəkildə təhvil verib.
Musavat.com-un məlumatına görə "Taipei Times" qəzeti yazır ki, bu təyyarələr 2019-cu ildə Tramp administrasiyası dövründə təsdiqlənmiş silah satış paketinin bir hissəsidir.
İlk təyyarələrin 2023-cü ildə çatdırılması planlaşdırılsa da, bir sıra səbəblərdən göndəriş gecikib. Tayvan Müdafiə Nazirliyi bildirir ki, bütün F-16 qırıcıları 2026-cı ilin sonunadək adaya təhvil veriləcək.
Bu addım Pekinin kəskin etirazına səbəb olub. Çin rəhbərliyi Tayvana silah satışını suverenliyə müdaxilə kimi qiymətləndirərək ABŞ-a xəbərdarlıq edib. Tayvan ətrafında gərginliyin daha da artacağı gözlənilir.
Musavat.com