AZ

Transfer xəbəri yayıldı, formasını yandırdılar - VİDEO

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”la razılaşdığı və yayda Madrid təmsilçisinə keçəcəyi gözlənilir.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəbərlərdən sonra Trent azarkeşlərin mənfi reaksiyası ilə qarşılanıb.

Belə ki, azarkeşlərdən biri sosial şəbəkədə futbolçunun formasını yandırdığı video paylaşıb.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin yayından əsas heyətdə çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 75 milyon avrodur.

Seçilən
33
7
sportinfo.az

10Mənbələr