Basketbol üzrə ölkə kubokunda final matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, həlledici oyunda "Gəncə" ilə qarşılaşan NTD 81:72 xal hesabı ilə qalib gələrək Azərbaycan kubokunun qalibi olub.
Ölkə çempionatında 19 turdan sonra NTD A qrupunda 25 xalla sonuncu - 6-cı, "Gəncə" isə B qrupunda 33 xalla 2-ci yerdədir.
Ötən mövsüm "Xəzri"yə qalib gələn "Neftçi" (65:61) Azərbaycan kubokunu qazanmışdı.
NTD - Gəncə 81:72
Bakı İdman Sarayı