Premyer Liqanın XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Rafael Utziq (53), Ruan Renato (71) və Salifu Suma (90+3) Şamaxı klubunun qapısından keçirib.
Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.