PSJ-nin yarımmüdafiəçisi Bredli Barkolanın karyerasını Almaniya çempionatında davam etdirmək variantı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı vingerin xidmətində “Bayern” maraqlıdır.
Münhen klubunun rəhbərliyi 2025/26 mövsümünə qədər güclənmək istəyir. Onlar Barkolanın transferi üçün 100 milyon avro təklif etməyə hazırdırlar.
22 yaşlı futbolçunun parislilərlə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna kimidir. O, bu mövsüm Liqa 1-də 26 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.