1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT News" məlumat verib.
Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan regional problemlərin həllində Türkiyə ilə Rusiya arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün başladılan prosesi yaxından izlədiyini, davamlı sülhün təmin olunması üçün Türkiyənin hər cür dəstəyi göstərməyə, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Türkiyə prezidenti Qara dənizdə ticarət daşımalarının təhlükəsizliyi üçün atılacaq xoşməramlı addımların sülh prosesinə töhfə verəcəyini, Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsi üçün üzərinə düşəni etməyə davam etdiyini qeyd edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, davamlı sülh və sabitliyə nail olunması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu nəzərə çatdırıb.