1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskidən məyus olub.
Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirilmiş brifinqdə bildirib.
O, Ukraynada döyüş əməliyyatlarının "həddindən çox uzun müddətdir" davam etdiyini söyləyib:
"Komandamız həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı əlaqələri davam etdirir. Tramp münaqişənin başa çatmasını istəyir. Prezident hər gün əvvəlki kimi bu məsələdə çox fəaldır".