AZ

İmişlidə zəlzələ qeydə alınıb

Martın 28-də Saatlı stansiyasından 11 kilometr şimalda, İmişli rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yerli vaxtla saat 14:42-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.4-yə bərabər olub.

Ocağı 53 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Seçilən
115
2
yeniazerbaycan.com

10Mənbələr