İmişli rayonunda 3.4 bal gücündə zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Saatlı stansiyasından 11 km şimalında, İmişli rayonunda qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.