AZ

Azərbaycanın yeddi gimnastı Bakıdakı beynəlxalq turnirdə finala yüksəlib

Bakı, 28 mart, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən ilk yarış günündə 16 ölkədən idmançılar medallar uğrunda mübarizə aparıblar.

Onlar halqa, top və lent proqramlarında məharətlərini nümayiş etdiriblər.

Azərbaycan təmsilçilərindən gənclər arasında Şəms Ağahüseynova və Ayla İbrahimova toplarla, Azadə Atakişiyeva ilə Nur Sadıqova halqalarla hərəkətlərin icrasında finala yüksəliblər.

Böyüklərin mübarizəsində isə İlona Zeynalova halqa, Kamilla Seyidzadə top, Zöhrə Cəfərova həm top, həm halqa proqramında həlledici mərhələyə vəsiqə qazanıb.

Final mərhələsinin yarışları turnirin son günündə - martın 30-da keçiriləcək.

 

Seçilən
115
49
azertag.az

10Mənbələr