AZ

Bakıda bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə növbəti mükafatçılar bəlli olub

Bakı, 29 mart, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə gənclər və böyüklər arasında komanda hesabında mükafatçılar müəyyənləşib.

Gənclərin yarışında Macarıstan qızıl, Gürcüstan gümüş, Meksika komandası bürünc medala sahib çıxıb.

Böyüklərin mübarizəsində isə Malayziya birinci, Litva ikinci, Avstraliya kollektivi isə üçüncü yeri tutub.

Qeyd edək ki, turnirə martın 30-da yekun vurulacaq.

Seçilən
70
49
azertag.az

10Mənbələr