Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda (5:1) baş verənlərə hüquqi qiymət verilib.
Sportinfo.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.
Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.