AZ

"Neftçi"də bu xəbərə çox sevinəcəklər - SON DƏQİQƏ

"Neftçi" ilə oyun öncəsi Elmar Baxşıyevin qayğıları böyükdür.

"Araz Naxçıvan" eyni anda nə az, nə çox 4 əsas heyət üzvünün xidmətindən məhrumdur.

Müdafiənin önəmli fiquruna çevrilən Bəxtiyar Həsənalızadə və digər vacib sima Mico Kuzmanoviç zədə səbəbindən məşqlərdə hələ də iştirak etmir.

Əsas qol ümidlərindən Ramon Maçado kollektiv hazırlıqda iştirak etsə də meydana çıxması sual olaraq qalır.

Muxtar respublika təmsilçisinin bombardir Felipe Santos isə cəza səbəbindən oyunu kənardan izləməli olacaq.

"Neftçi" - "Araz-Naxçıvan" görüşü bu gün 16:45-də start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
70
2
sportinfo.az

10Mənbələr