ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarətini təmin edəcək sazişi imzalaması üçün təkid edir.
Sitat.info xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə ABŞ xüsusilə Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir metalları və liman tikintisində iştirakda birincilik əldə etməyə çalışır.
Qəzet qeyd edir ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.
Analitiklər deyirlər ki, ABŞ-ın yeni tələbləri xüsusilə prezident Donald Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.
Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində layihələrin siyahısını təqdim etməlidir.