AZ

Zelenski ilə Tramp arasında yeni münaqişə yaranır

ABŞ hökuməti Kiyevin tezliklə Vaşinqtona Ukrayna iqtisadiyyatının əsas sektorları üzərində əhəmiyyətli nəzarəti təmin edən saziş imzalamasını gözləyir. Bununla belə, Kiyev çətin ki, ABŞ-Ukrayna münasibətlərində gərginliyin yeni mərhələsinə səbəb ola biləcək belə şərtləri qəbul edə bilsin.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Şərhçilər qeyd ediblər ki, Donald Tramp Ukraynanın dəstəklənməsi qarşılığında onun nadir torpaq metalları, nefti, qazı və infrastrukturundan faydalanmağı gözləyir. Bununla da saziş Vaşinqtonun Ukraynanın iqtisadi layihələrindən gəlir əldə etmək planına çevrilib. Tərəflərin gözləntiləri arasındakı uyğunsuzluq isə iki ölkə arasında əməkdaşlığı ciddi təhlükə altına atır.

"Problem ondadır ki, Ukrayna bu şərtləri qəbul edə bilməyəcək. Gözləntilərin uyğunsuzluğu ABŞ və Ukrayna arasında yeni münaqişə raundu hazırlayır", - nəşr yazıb.

Seçilən
52
50
publika.az

10Mənbələr