AZ

ABŞ Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ukrayna iqtisadiyyatına nəzarət tələb edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Wall Street Journal” Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın.

ABŞ Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən liman tikintisində iştirakda birinci prioritet əldə etməyə çalışır. Əsasən Amerika rəsmiləri tərəfindən idarə olunan fond öz mənfəətini Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımı ödəmək üçün istifadə edəcək.

Nəşr qeyd edir ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir. Analitiklər deyirlər ki, ABŞ-nin yeni tələbləri, xüsusilə Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında sonuncu mübahisə gərginliyi daha da artıra bilər.

Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirəcəyi layihələrin siyahısını təqdim etməlidir.

Razılaşmanın şərtlərinə görə, ABŞ Ukrayna resurslarının üçüncü ölkələrə satışına veto qoymaq və istənilən Ukrayna agentliyinin hesablarını yoxlamaq imkanı əldə edəcək.

Seçilən
49
50
qafqazinfo.az

10Mənbələr