AZ

Braziliya millisi baş məşqçisini istefaya göndərib

Dorival Junior Braziliya millisi komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayılıb.

Təcrübəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma şəklində xitam verilib.

Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq, yeni baş məşqçi axtarışına da start verilib.

Qeyd edək ki, bu ay iki yoldaşlıq görüşü keçirən Braziliya millisi Kolumbiyanı 2:1 məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.

"Bavariya" Keynə əvəzləyici tapıb

UEFA-dan İsrail klubları barədə qərar

Türkiyədə klub prezidenti aclıq aksiyasına başlayıb

"Ayaks"dan Tadiç açıqlaması: "Hər ehtimalı dəyərləndirə bilərik"

Dani Olmo "Osasuna" ilə matçda zədələnib

Seçilən
81
2
apasport.az

10Mənbələr