Braziliya Futbol Konfederasiyası (CBF) millinin baş məşqçisi Dorival Junioru istefaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
“Peşəkar işinizə görə təşəkkür edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bundan sonra CBF yeni baş məşqçinin tapılması üçün çalışacaq”, – deyə bəyanatda qeyd olunub.
Bildirilir ki, Dorivalın qovulması ilə bağlı həlledici məqam Braziliyanın DÇ-2026-nın seçmə mərhələsində Argentina millisinə böyük hesabla məğlub olması (1:4) olub.